Baş Prokurorluqda savadsız və adlarını yaza bilməyən generallar da var?
Prezident İlham Əliyev bir neçə gün əvvəl Baş Prokuror vəzifəsinə Kamran Əliyevi təyin etdikdən sonra Zakir Qaralovun hesabına Baş Prokurorluqda yüksək rütbə tutan şəxslərin kürkünə birə düşüb. Baş Prokurorluqdan etibarlı mənbənin verdiyi məlumata görə Baş Prokurorluqda elə idarə rəisləri var ki, savadsızlıqdan adlarını yazanda hərf səhvləri buraxırlar. Bu cür rəislərdən biri də Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcovdur.  Məlumdur ki, K.Qılıcov indiki vəzifəyə qardaşı- Ali Məhkəmənin hakimi İlqar Qılıcov Z.Qaralovun oğlunun kirvəsi olduğu üçün  gətirilib. K.Qılıcov savadsızlığının ucbatından bir neçə cinayət də törədib. Misal üçün, 2007-ci ildə o vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Masallı rayonundan Rusiyanın Perm şəhərinə qaçalmalçılıq yolu ilə aparılan 113 kiloqram heroinin sahibi Əbülfət Əliyevin azadlığa çıxmasına  yardım edib.

  Perm şəhərində aşkar olunan 113 kiloqram heroinlə əlaqədar hətta Rusiya prezidenti Vladimir Putin çıxış edərək heroinin Azərbaycandan qaçaqmalçılıq yolu ilə gəldiyini xüsusi vurğulayıb və bu cür hallarla mübarizənin gücləndirilməsini tələb etmişdir. Məhz  Z.Qaralova görə K.Qılıcovun törətdiyi həmin cinayət o vaxt ört-basdır edilmişdir.   Bundan başqa K.Qılıcovun qardaşı H.Əliyev adına hava limanında polis əməkdaşları tərəfindən saxlanılmış və  onun üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür.  Bu hadisədən xəbər tutan K.Qılıcov vəzifəsinə arxayın olub  polis işçilərinə təzyiq edərək  onlardan qardaşının azad edilməsini tələb etmişdir. Ancaq o zaman Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində  çalışan  Ceyhun Həsənov ona rədd cavabı vermişdir. K.Qılıcov kimi savadsız generallar barədə oxşar hadisələr o qədər çoxdur ki,onlar haqda  nə qədər yazsaq da  az olar. Ancaq Baş Prokurorluqda savadlı, öz işlərinin peşəkarı olan generallar da var. Həmin generallardan biri uzun illər Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi olmuş Nazim Abbasovdur. Hal-hazırda Ədliyyə Nazirliyinin istintaq idarəsinin rəisi olan N.Abbasov  prokurorluqda  işlədiyi zaman K.Qılıcova Baş Prokurorluqda savada, biliyə sahib olmağın vacibliyini dəfələrlə söyləsə də, K.Qılıcov buna məhəl qoymayıb ,öz çirkin əməllərindən əl çəkməyib. Neçə illər ərzində Legion.az K.Qılıcovun törətdiyi  çoxsaylı cinayətlərdən yazsa da Z.Qaralov faktoru onun cinayət məsuliyyətindən boyun qaçıra bilməsinə səbəb olub. Mövzunu diqqətdə saxlayacayıq.      
Şamil Əfəndi    
Legion.az