Vilyam Hacıyev icra başçısı vəzifəsindən azad edilib

Prezident İlham Əliyev Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb...

Prezident İlham Əliyev Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.   İnterAz xəbər verir ki, sərəncamla Vilyam Fərhalı oğlu Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.   Xatırladaq ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.   V.Hacıyev 1957 -ci ildə Xanlar (indiki Göygöl ) şəhərində anadan olub. O, 2012-ci il aprelin 14-dən İmişli rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.   V.Hacıyev daha əvvəl müxtəlif vaxtlarda Göygöl (keçmiş Xanlar) Rayon İcra hakimiyyətinin və Samux rayon İcra Hakimiyyətinin başçısı olub.