Ruhani hədələdi Embarqo götürülməsə, nəticələri ağır olacaq
"Amerikalılar silah embarqosunun götürülməsini istəmirlər. ABŞ administrasiyası bunu yaxşı bilməlidir ki, silah embarqosunun götürülməsi nüvə sazişinin bir şərtidir. Əgər embarqo götürülməsə bunun nəticələri ağır olacaq".
Qaynarinfo xəbər verir ki, bu fikirləri İran Prezidenti Həsən Ruhani səsləndirib. O, embarqonun götürülməyəcəyi təqdirdə Tehran rejiminin atacağı addımlar barədə P5+1 ölkələrinin liderlərinə məktub göndərdiyini deyib, lakin təfərrüatları açıqlamayıb.
"Nələr edəcəyimizi məktubun son paraqrafında qeyd etmişəm. Onlar bunun nəticələrinin nə qədər ağır olacağını bilirlər", - deyə Ruhani bildirib.