İtaliyada sutka ərzində koronavirusdan rekord sayda insan sağaldı
İtaliyada son sutka ərzində koronavirusdan rekord sayda insan sağalıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb. Bildirilir ki, son 24 saatda koronavirusdan 8014 nəfər sağalıb. Bu isə ölkədə epidemiya başlayandan ən yüksək göstəricidir. İtaliyada ümumi sağalanların sayı 93 min 245 nəfər təşkil edir.
Son sutka ərzində 1444 nəfər covid-19-a yoluxub. Ümumi yoluxma faktı 214 min 457-dir. İndiyədək 29 min 684 nəfər isə koronavirusdan dünyasını dəyişib.