Baş həkim Ramazanda məscid tikdirməyə qərar verdi- İBRƏTAMİZ...
Ramazan günlərində Tatarıstan paytaxtında yeni bir məscidin inşasına başlanılıb.

Moderator.az bu haqda rusdilli İslam saytlarına istinadla xəbər verir.
Leçebnaya küçəsində bir müsəlman ibadətgahının yaradılmasının təşəbbüskarı 12 nömrəli Qazan Şəhər Klinik Xəstəxanasına rəhbərlik edən 82 yaşlı Rusiya və Tatarıstan əməkdar həkimi Taufin Safindir.
Hazırda bünövrənin qoyulması üçün tikinti sahəsində hazırlıq işləri görülür. Məbədin sahəsi 250 kvadrat metrdən bir qədər çox olacaq. Məscid üçün ənənəvi olan namaz salonu və dəstəmaz otağından əlavə, burada uşaq və böyüklərin İlahi gerçəkləri öyrənəcəyi siniflər də yaradılacaq.  Yeni məscidin qapılarını möminlərin üzünə bir neçə ildən sonra açacağı gözlənilir.
Taufin Safin bütün həyatını tibbə həsr edib.  12  nömrəli Qazan Şəhər Klinik Xəstəxanasında 30 il işləyib və bu müəssisəni Tatarıstanın ən böyük tibb birliklərindən birinə çevirib.
Sultan Laçın