Zelenski Saakaşviliyə vəzifə verdi: Ukraynada islahatlara cavabdeh olacaq
Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili Ukraynada rəsmi vəzifəyə təyin edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski fərman imzalayıb. M.Saakaşvili Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunub.