Dünyada koronavirusa yoluxanların sayı 4 milyonu ötdü
Dünyada koronavirusdan 1 375 812 nəfər sağalıb, 275 329 nəfər isə virusdan ölüb. “Report” xəbər verir ki, indiyədək 4 400 498 nəfərə COVID-19 diaqnozu qoyulub. Xəstəxanaya yerləşdirilən 48 455 pasiyentin vəziyyəti ağırdır. Ən çox yoluxma halları ABŞ (1 318 031), İspaniya (260 117) və İtaliyada (217 185) qeydə alınıb. Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 135 569 nəfər yoluxub, 3 689 nəfər ölüb. İranda isə qeydə alınmış yoluxma hallarının sayı isə 104 691-dir. Son məlumata görə, bu ölkədə 6 541 nəfər pandemiyanın qurbanı olub. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.