Ana da oğul kimi Zakir Qaralovun əlində alətə çevrilib?
Zakir Qaralov Baş prokuror vəzifəsindən uzaqlaşdırılan kimi ölkə mətbuatı yavaş-yavaş onun törətdiyi çoxsaylı cinayətlərdən yazmağa başladı. Ancaq biz Legion.az olaraq heç nədən çəkinmədən Z.Qaralovun cinayətkar olmağından neçə illərdir ki, yazırıq. Düzdür,onu da deyək ki, bu cür yazılara görə sıralarımızda olan bir neçə jurnalist Z.Qaralovun sifarişi ilə şərlənərək həbs olunublar.
 Məsələn,buna misal olaraq Jurnalist Mahmud Rasimoğlunu misal çəkə bilərik. M.Rasimoğlu Z.Qaralov və onun qaynı Elmarın “Akkord” şirkətinin vasitəsi ilə dövlətin milyardlarla pulunu mənimsədikləri barədə jurnalist araşdırması apardığı üçün 12 il azadlıqdan məhrum olunub.   Z.Qaralov “Akkord” şirkətinin rəhbəri Elçin Bədəlovu əlində alətə çevirərək, M.Rasimoğluya qarşı istifadə edib; guya M.Rasimoğlu E.Bədəlovdan hədə-qorxu ilə pul tələb edib. E.Bədəlovun “Akkord” şirkətindən 20 milyon mənimsəməsi barədə ölkə mətbuatında faktlara əsaslanan bir çox maraqlı məlumatlara rast gəlmək olur. Görünür, E.Bədəlovun törətdiyi bu cinayətlərdən Z.Qaralov məlumatlı olduğu üçün onu həbsdən qurtarıb və əlində alətə çevirərək ondan öz düşmənlərinə qarşı istifadə edib. Apardığımız araşdırmadan məlum oldu ki, Z.Qaralov nəinki E.Bədəlovu, hətta onun anası Elmira Bədəlovanı  belə əlində alətə çevirib.


Belə ki, Z.Qaralov təzyiq vasitəsilə Elmira Bədəlovanı məcbur edib ki, o  M.Rasimoğludan savayı  özünün düşmənlərindən biri sayılan Respublikanın Hərbi prokuroru Xanlar Vəliyevin adını  mətbuatda  çəksin və bununla da onu  nüfuzdan salsın. Çox güman Elmira Bədəlova da bu yola  məhz oğlu E.Bədəlovu həbsdən qurtarmaq üçün əl atmağa məcbur olub.Hal-hazırda  E.Bədəlov “Akkord” şirkətindən ayrılsa da, Z.Qaralovun əlində alət olaraq qalmaqda  davam edir. Yəqin ki, çox yaxın zamanlarda yeni Baş Prokurorun göstərişi ilə “Akkord” şirkətində yoxlamalar başlayacaq və E.Bədəlov da cinayət məsuliyyətinə cəlb olunacaq. Mövzunu diqqətdə saxlayacayıq.

Şamil Əfəndi