İspaniya çempionatı bu tarixdə bərpa oluna bilər
İspaniya Futbol Çempionatı iyunun 12-dən başlaya bilər. “Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas bildirib. O qeyd edib ki, koronavirus pandemiyası səbəbindən dayandırılan çempionatın yenidən başlanma tarixi barədə klublara məlumat verilib. Tebasın sözlərinə görə, turnirin bərpa olunması koronavirusla bağlı vəziyyət pisləşəcəyi halda, bir həftə təxirə düşə bilər. Avrokubok yarışlarında iştirak edən klubların beynəlxalq matçlara hazırlaşması üçün mövsümün iki aya başa çatdırılması planlaşdırılır.