Gürcüstanda bəzi qadağalar ləğv edilib
Bu gündən Gürcüstanın paytaxtı Tbilisiyə avtomobillə giriş-çıxışa qoyulan qadağa götürülüb.  LEGİON.AZ xəbər verir ki, bu gündən həmçinin, paytaxta bütün istiqamətlərdən sərbəst səyahət etmək mümkündür.  Bundan başqa, Gürcüstanda bütün növ istehsal müəssisələri, küçədən ayrıca girişi olan hər cür pərakəndə və topdansatış mağazaları fəaliyyətlərini bərpa edib. İstisna yalnız geyim və ayaqqabı mağazalarına edilib. //APA