İranın döyüş gəmisi vuruldu - 1 ölü, 16 yaralı var
İranın Hərbi Dəniz Qüvvələri (HDQ) “Kənarək” gəmisinin təlim zamanı “Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən atılmış kruiz tipli raketlə səhvən vurulduğunu təsdiqləyib. LEGİON.AZ-ın məlumatına görə, HDQ-nin yaydığı açıqlamada bildirilib ki, ötən gün məşqi zamanı baş vermiş insident nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər  yaralanıb. Hadisənin başvermə səbəbləri araşdırılır. İranşəhr şəhər Tibb Universitetin rektoru bildirib ki, xəsarət alanlardan 16 nəfər İmam Əli adına xəstəxanaya çatadırılıb. Onlardan biri ölüb, 3 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstəxanada 12 nəfər var. //APA