Zakir Qaralovun “hüquq müdafiəçisi” siyasi məhbus siyahısı alverinə keçib?
Keçmiş Baş Prokuror Zakir Qaralovun muzdlu “hüquq müdafiəçisi” olan Cavad Cavadov barəsində ölkə mətbuatında çox məlumatlara rast gəlmək olur. Onun adı həm də “Akkord” şirkətinin qalmaqallı keçmiş rəhbərlərindən biri olan  Elçin Bədəlovun adı ilə birgə hallanır.
 Jurnalist Mahmud Rasimoğlu Elçin Bədəlovun “Akkord” şirkətindən mənimsədiyi 20 milyon manatdan və törətdiyi digər korrupsiya cinayətlərindən araşdırma apardığı üçün E.Bədəlovun havadarı sayılan Z.Qaralovun göstərişi ilə DİN-nin “Bandotdel” adlanan idarəsinin şöbə rəisi Məmmədov Müzəffər Qəzənfər oğlu tərəfindən oğurlanıb və idarədə işgəncələrə məruz qalaraq həbs olunub. Z.Qaralovun göstərişi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribov tərəfindən M.Rasimoğlu 12 il azadlıqdan məhrum olunub.     M.Rasimoğluna qarşı qaldırılan qondarma cinayət işində əsas onun üzünə duranlardan biri də E.Bədəlov olub. E.Bədəlova vəkillik edən isə C.Cavadovdur.

Artıq dünya mediası da M.Rasimoğlunun Z.Qaralovun göstərişi ilə şərlənərək həbs olunmasından yazır. Lakin C.Cavadov Azərbaycandan olan hüquq müdafiəçilərinə Z.Qaralovun pullarını paylayır ki, onlar öz hesabatlarında M.Rasimoğlunu siyasi məhbus kimi qeyd etməsinlər və Avropa Şurasının Parlament Assambleyasında(AŞPA) işin mahiyyətini olduğu kimi təqdim etməsinlər.  C.Cavadovdan pul alan bəzi hüquq müdafiəçiləri öz siyahılarında M.Rasimoğlunu göstərməyiblər. Görünür bu adamlar da C.Cavadov kimi Azərbaycandan olan  dırnaqarası hüquq müdafiəçiləridir. Mövzunu diqqətdə saxlayacayıq.

Şamil Əfəndi