Tramp jurnalistlərlə mübahisəyə görə mətbuat konfransını dayandırıb
ABŞ prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında bir neçə jurnalistlə mübahisə edib. Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir. Qeyd edilir ki, ABŞ rəhbəri Birləşmiş Ştatların koronavirusla bağlı digər ölkələrdən daha çox test etməsindən danışıb. Ancaq jurnalistlər prezidentin xoşuna gəlməyən suallar veriblər. Buna görə, Tramp media mənsublarına kəskin cavablar verib. Xüsusi halda, o, jurnalistlərdən birinə deyib: "Mən sizi siz özünüzü anladığınızdan əla anlayıram". Jurnalistlərdən biri dövlət başçısından ABŞ-da insanların COVID-19-dan ölüm hallarının davam etdiyi halda nə üçün Birləşmiş Ştatlardakı testlərin sayından danışmağa davam etdiyini soruşub. Tramp suala kəskin tonla cavab verib: "Bunu məndən yox, Çindən soruşun". Bundan sonra ABŞ rəhbəri verilmiş sualı "iyrənc" adlandırıb. Bu isə jurnalisti qəzəbləndirib. Tramp növbəti suala cavab verməyib. O, artıq sual verməyə çalışan digər jurnalisti çağırdığını söyləyib. Dövlət başçısı iddia edib ki, qarşı tərəf ona reaksiya verməyib. ABŞ prezidenti bundan dərhal sonra mətbuat konfransını yarımçıq dayandırıb.