DİN-dən açıqlama: Tibbi maska taxmayan şəxslərə cərimə olunur?
Daxili İşlər Nazirliyi tibbi maska taxmayan şəxslərə cərimə tətbiq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov APA-ya açıqlamasında qeyd edib ki, tibbi maskadan istifadə etməyənlərə qarşı hər hansı bir cərimə nəzərdə tutulmayıb: 
"Maska taxmayan şəxslər ictimai nəqliyyata buraxılmır. Vətəndaşlardan tələb olunur ki, mütləq qaydada tibbi maskadan istifadə etsinlər”.