DTX tərəfindən saxlanılan Rafiq Bayramovun avtomobilindən çıxanlar - FOTOLAR

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu saxlanıb.

Musavat.com xəbər verir ki, 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramovun xidməti və yaşadıqları ünvanlara DTX tərəfindən baxış keçirilib. Əməliyyat zamanı R.Bayramovun avtomobilindən külli miqdarda pul vəsaitləri aşkarlanıb.