Putinin sözçüsü koronavirusa necə yoluxduğunu açıqladı
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov COVID-19 ilə yoluxmasının mümkün səbəblərindən danışıb.
Qaynarinfo xəbər verir ki, bu haqda o, "Kommersant" qəzetinə açıqlama verib. 
Prezident Administrasiyası rəhbərinin müavininin sözlərinə görə, infeksiya ona "antiviral beyc"i çıxardığı üçün "keçib".
"Yoluxmamaq üçün əlimdən gələni etdim, ... təmaslarımı məhdudlaşdırdım, ... antivirus beyci taxdım, onu maşınımda gəzdirdim, indi də maşındadır. Amma jurnalistlər onun zərərləri haqqında yazmağa başlayanda ... onu çıxardım", - Peskov qeyd edib.
Hazırda Dmitri Peskov COVID-19-a yoluxduğu təsdiqlənən həyat yoldaşı Tatyana Navka ilə birlikdə paytaxtın yoluxucu xəstəxanalarından birinə yerləşdirilib. Prezidentin mətbuat katibində ikitərəfli sətəlcəm müəyyən edilib.