Ümumdünya Ticarət Təşkilatının sədri istefa verir
Ümumdünya Ticarət Təşkilatının sədri Roberto Azavedu vaxtından əvvəl postundan istefa verəcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 2021-ci ilin sentyabrında səlahiyyət müddəti bitən sədrin vaxtından əvvəl vəzifəsindən gedəcəyi açıqlanıb.   Onun yerinə müvəqqəti sədr 4 müavinindən biri təyin olunacaq. 62 yaşlı braziliyalı Kazavedu 2013-cü ildən Ümumdüny Ticarət Təşkilatının sədri səlahiyyətlərini icra edirdi.