MSK-nın tərkibi YENİLƏNƏCƏK
Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşdırılacaq.   Modern.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı məsələ Milli Məclisin yaxın zamanlarda keçiriləcək iclaslarının birində müzakirəyə çıxarılacaq.   Məlumat üçün bildirək ki, yeni parlament formalaşan kimi MSK-nın da tərkibi təsdiqlənməlidir.   Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir. MSK üzvləri Milli Məclis tərəfindən seçilir. Seçki Məcəlləsinə əsasən, Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı təmsil edir. 6 üzvü bitərəf deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.