Azərbaycanda koronavirusun yayılması üçün ən riskli yerlər açıqlandı - RƏSMİ
“Azərbaycanda koronavirusa yoluxma halları üçün ən riskli yerlər şəhərdə fəaliyyət göstərən ofislər, biznes mərkəzləridir”. Yeniavaz.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, bir çox biznes mərkəzlərinin liftləri tam gücü ilə işləyir: “Nəticədə, gün ərzində oralara minlərlə giriş-çıxış olur. Liftlərin istifadəsi minimuma endirilməlidir, insanlar pilləkənlərdən istifadə etməlidirlər”. “Biznes mərkəzlərində maskalardan istifadə olunmalı və sosial məsafə qaydalarına ciddi riayət edilməlidir”, - deyə sədr əlavə edib.