Azərbaycanda koronavirusa yoluxan məhbusların sayı 46-ya çatdı
"Bəzi müəssisələrinin rəhbərləri mövcud çağırışlara əməl etmədiyindən yoluxma faktları artırıb".
Bbunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
TƏBİB sədri bildirib ki, Bakı Tikiş Evində 64 nəfərə virusa yoluxub və onların müalicəsi hazırda davam edir.
O qeyd edib ki, hazırda ölkədə 46 məhbus koronavirusa yoluxub: "Bu rəqəm əvvəl 33 idi. Daha 13 məhbus virusa yoluxub".