Avropanın bu ölkəsi sərhədlərini AÇIR
İtaliya hökuməti ölkəyə giriş-çıxışla bağlı bütün məhdudiyyətləri iyunun 3-dən ləğv etməyi qərara alıb.   Modern.az xəbər verir ki, 3 iyun tarixindən etibarən ölkə daxilindədə sərbəst hərəkətə icazə veriləcək.   Qeyd edilir ki, bu qərar COVID-19 pandemiyası səbəbindən dünyanın müxtəlif ölkələri tərəfindən tətbiq olunan ən sərt karantin məhdudiyyətlərinin ciddi şəkildə yumşalması tədbiri olacaq. İtaliyanın bölgələri məhdudiyyətlərin daha tez qaldırılmasını istəyiblər, lakin baş nazir Cuzeppe Konte infeksiyaların ikinci dalğasının qarşısını almaq üçün normal həyata qayıtmağı tədricən həyata keçirmək yolunu üstün tutub.   Qeyd edək ki, İtaliyada bu günədək 223 885 nəfər koronavirusa yoluxub. Onlardan 31 610-ü vəfat edib, 120 205-i sağalıb. Hazırda 72 070 xəstənin müalicəsi davam etdirilir.