Mədət Quliyevlə Rafiq Bayramovun yaxın əlaqələri üzə çıxdı?
DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat-axtarış tədbirləri ictimaiyyətdə böyük rezonans doğurub. 12 il azadlıqdan məhrum olunan jurnalist Mahmud Rasimoğlu  mövzu ilə bağlı redaksiyamıza göndərdiyi yeni məktubda maraqlı mətləblərə toxunub . Jurnalistin göndərdiyi müraciəti oxuculara təqdim edirik:

“Hörmətli redaksiya, bir çoxlarınıza məlumdur ki, mən jurnalist fəaliyyətindən əvvəl Daxili işlər orqanlarında əməliyyatçı vəzifəsində xidmət etmişəm. Polis orqanlarında çalışdığım dövrdə həm Mədət Quliyev , həm də Eldar Mahmudov ayrı-ayrı vaxtlarda mənim rəisim olub. Əsl əməliyyatçıların dili ilə desək, Bakı şəhərində əməliyyat şəraiti hər zaman yüksək səviyyədə olub. DİO-dan ayırılıb jurnalist fəaliyyətinə başlayan kimi, adlarını çəkdiyim şəxslər tərəfindən əvvəl ehtiyatla, sonra isə  qısqanclıqla qarşılanmışam. Bunun səbəbi də bu şəxslərin heç vaxt əsl əməliyyatçı olmamalarındadır. Mənim hansı sahədə çalışmağımdan  asılı olmayaraq, onlar həmişə məni özlərindən üstün görüblər. Hətta  hal-hazırda həbsdə olmağıma baxmayaraq  onlara bənzər şəxslərlə mübarizə aparmağıma belə onlar  paxıllıq edirlər. Çünki onlar çox yaxşı bilirlər ki, həbsxanada olsam da, canlı arxiv kimi fəaliyyətimi davam edirəm. Məsələn, DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi   bir əməliyyat-istintaq tədbiri ilə əlaqədar onu bildirmək istəyirəm ki, cinayət əməllərinə görə  bu yaxınlarda həbs olunan Mədəniyyət Nazirinin keçmiş müavini Rafiq Bayramov Mədət Quliyevlə,  o hələ DTX-nin rəisi vəzifəsində olan vaxtdan yaxın dostluq münasibətindədir. R.Bayramovun bacanağı Mamay Qulubəyov vaxtılə DTX-nin Antiterror Mərkəzinin rəis müavini vəzifəsində xidmət edib.

  M.Qulubəyov M.Quliyevin DTX-da ən yaxın adamlarından biri olub. M.Quliyevin yaxın adamlarından biri də İmran Tağızadədir. İ.Tağızadə el arasında “İtbaz” ləqəbi ilə tanınır. O DİO-da xidmət edən vaxtlarda bir dəfə səhər tezdən parkda itlə gəzərkən Britaniya vətəndaşı olan bir  ingilislə aralarında mübahisə baş verib və İ.Tağızadə aqressiyasını saxlaya bilməyərək, iti ingilisin üstünə buraxıb. Bu hadisədən sonra İ.Tağızadə dərhal DİO-dan qovulur. Maraqlıdır ki,İ.Tağızadə M.Quliyevlə hadisə baş verən elə həmin parkda itlə gəzərkən  tanış olub və sonradan onunla yaxın münasibət qurduğu üçün Penitensiar Xidmətə və ordan da DTX-ya aparılaraq, 7-ci idarəsinin rəisi vəzifəsinə təyin olunaraq general-mayor rütbəsinə sahib olur. M.Quliyev DTX-dan azad olunan kimi bir neçə vətəndaş İ.Tağızadənin axtarışına başlayırlar. Həmin şəxslərlə söhbət əsnasında məlum olur ki, İ.Tağızadə onlardan külli miqdarda pul alaraq, onların övladlarını DTX-da işə düzəltməyə söz veribmiş.

Məlumata görə, M.Quliyev Nazir təyin olunandan sonra İ.Tağızadəni də DTX-dan nazirliyə transfer edib. Penitensiar xidmətdən DTX-ya aparılan kadrlardan biridə Ramin Şıxəliyevdir, özüdə antiterror mərkəzinin Penitensiar Xidmətinə nəzarət edən şöbənin rəisi vəzifəsinə. R.Şıxəliyev M.Quliyevin digər kadrlarından fərqli olaraq, bu gündə DTX-da həmin vəzifədə xidmətini davam edir. Sizin redaksiyaya göndərdiyim müraciətlərdən R.Şıxəliyev xəbərdar olduğu üçün dəfərlə mənə təzyiq edərək, məlumatların mətbuata getməsinin qarşısını almaq istəyib. R.Şıxəliyevin bu cür hərəkətlərindən məlum olur ki, DTX-da xidmət etsədə, üç keçmiş rəhbərləri -M.Quliyev, İ.Tağızadə və M.Qulubəyovun şəxsi maraqlarını cəzaçəkmə müssisələrində müdafiə edib. 

Mətbuatda mənim bir çox yazılarıma rast gəlmək olar. Həmin yazılarda adlarını çəkdiyim şəxslərin əksəriyyəti vaxtılə killerliklə məşğul olublar. Ümüd edirəm ki, vaxtım çatanda azadlığa sağ-salamat çıxaraq, ailəmə qovuşmaq mənə də qismət olacaq. Öncədən təşəkkürümü bildirirəm.  


Hörmətlə, sizin jurnalist Mahmud Rasimoğlu


Xüsusi olaraq Legion.az üçün