Qafqaz Xəbər Agentliyi haker hücumları ilə bağlı DTX rəisinə müraciət etdi
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyevə
 Qafqaz Xəbər Agentliyi tərəfindən       Müraciət
 Hörmətli Əli Nağıyev, bildiyimiz kimi hər bir dövlətin milli təhlükəsizlik sisteminin ən vacib elementlərindən biri informasiya təhlükəsizliyidir. Ölkənin informasiya təhlükəsizliyinin əsas mənbəyi azad, müstəqil mediadır. Azad və müstəqil medianın inkişafı və qorunmasında isə dövlət qurumları maraqlı olmalıdır. Bu eyni zamanda müvafiq dövlət qurumlarının vəzifə borcudur.

Cənab Əli Nağıyev, nəzərinizə çatdırmaq istəyirik ki,saytlarımızda yüksəkrütbəli məmurlar barədə gedən araşdırma yazılara görə bir neçə gündür ki,saytlarımıza güclü haker hücümları başlayıb. Edilən haker hücümları nəticəsində saytlarımız fəaliyyətini müəyyən fasilələrlə davam etməyə məcbur olur.
Texniki heyət hal-hazırda saytların tam şəkildə fəaliyyət göstərməsi istiqamətində işlər aparır.
Aydındır ki, haker hücumları məhz tənqid olunan həmin məmurların tapşırığı ilə həyata keçirilir. Bu hücumların dəqiq mənbəyini müəyyən etmək bizim texniki imkanlarımız xaricindədir. Ona görə də Sizdən xahiş edirik ki, saytlarımıza olan haker hücumlarının mənbəyinin müəyyən edilməsinə və problemin aradan qaldırılmasına kömək edəsiniz.
Ümid edirik ki, siz bu məsələni öz nəzarətinizə götürərək lazımi tapşırıqları verəcəksiniz.