Gürcüstanda koronavirusa yoluxanların sayı 713 nəfərə çatıb
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 713 nəfərə çatıb. 

Bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Klinikasının tibb direktoru Marina Ezugbaya məlumat verib.

O bildirib ki, koronavirusa görə 3914 nəfər karantində saxlanılır, 340 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 475 nəfər sağalıb, 12 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. 
 
///APA