Rusiyada virusa yoluxma sayı 300 mini keçdi
Rusiyada daha 8764 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 135 nəfər virusdan vəfat edib.   Modern.az xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 308 705-ə, ölənlərin sayı isə 2972-yə yüksəlib.   Qeyd edək ki, Rusiya koronavirusa yoluxma sayına görə ABŞ-dan sonra dünyada ikinci yerdə qərarlaşıb.