Rüstəm Usubov vəzifədən azad edildi
Rüstəm Usubov Baş prokurorun birinci müavini vəzifəsindən azad edilib. "Report"un xəbərinə görə, həmin vəzifəyə Elçin Məmmədov təyin olunub. Qeyd edək ki, 1954-cü il təvəllüdlü R.Usubov 12 avqust 2005-ci il tarixindən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini vəzifəsində çalışırdı.