“Harley Davidson” istehsalın bərpa vaxtını açıqladı
“Harley Davidson” şirkətinin ABŞ-dakı müəssisələri koronavirus epidemiyasının səbəb olduğu iki aylıq fasilədən sonra gələn həftə fəaliyyətini davam edəcək. “Report” AP-yə istinadən xəbər verir ki, yoluxma hadisəsinin baş verdiyi Viskonsin ştatı Menomoni Folls qəsəbəsindəki müəssisə 25 may Anma Günündən sonra fəaliyyətə başlayacaq. Xatırladaq ki, ABŞ-da ən böyük motosiklet istehsalçısı olan “Harley Davidson” şirkəti həmçinin moto həvəskarları üçün geyim və ayaqqabı, məişət əşyaları, suvenirlər də buraxır. 2018-ci ildə şirkət 246 min motosiklet istehsal etmişdi.