Jurnalistin ailəsi Prezidentə və Dünya mediasına müraciət etdi:“Bizə təhdid və təzyiq olunur”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
 
 Dünya və ölkə mətbuatına

Hörmətli cənab prezident,    


Hörmətli jurnalistlər,
 Jurnalist Mahmud Rasim oğlu Tağıyev yüksəkrütbəli məmurların cinayət əməllərindən jurnalist araşdırması apardığı üçün onların sifarişi ilə şərlənərək 12 il azadlıqdan məhrum edilib. Jurnalist olduğu üçün onun araşdırma aparması və məqalələr yazması normal haldır.  Həbs olunduğu gündən bizə və qondarma cinayət işi ilə bağlı jurnalist araşdırması aparan jurnalistlərə hədə-qorxu gəlinir, təzyiqlər edilir. Son günlər saytlarda jurnalist Mahmud Tağıyevin həbsxanadan ictimaiyyətə müraciətləri paylaşılmışdır. Bundan sonra Mahmud Tağıyevə işgəncə verərək onu “karsa” salıblar. Bizə qarşı da təzyiqlər və təhdidlər artmışdır. Can güvənliyimizdən ehtiyat edirik. Nəzərinizə çatdıraq, ki ailəmizdən birinin başına nəsə gəlsə bundan birbaşa Toğrul Tağıyev, Kamal Qılıcov, İlqar Qılıcov, Zakir Qaralov başda olmaqla Mahmud Tağıyevin jurnalist araşdırması apararaq korrupsioner əməllərindən ictimaiyyətə müraciət etdiyi  yüksəkrütbəli məmurlar məsuliyyət daşıyır.  
Hörmətlə, Mahmud Rasimoğlunun ailə üzvləri