Rusiyada respublika başçılarından biri koronavirusa yoluxdu
Rusiyanın Tıva Respublikasının başçısı Şolban Kara-oola koronavirus diaqnozu qoyulub. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, respublika başçısı xəstəxanaya yerləşdirilib. Məlumata görə, 53 yaşlı Ş.Kara-oolun vəziyyəti normaldır.