La Liqanın bərpa vaxtı açıqlandı
İspaniya Kral Futbol Federasiyasının prezidenti Xavyer Tebas ölkə çempionatının bərpa tarixini açıqlayıb. "Report"un məlumatına görə, martda koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış La Liqa iyunun 11-də qaldığı yerdən davam edəcək. İlk görüş isə "Betis" - "Sevilya" derbisi olacaq. Qeyd edək ki, daha əvvəl İspaniyanın baş naziri Pedro Sançes çempionatın iyunun 8-də bərpa oluna biləcəyini söyləyib.