Müşfiqabadda dəhşətli qəza: 5 ölü, 2 yaralı
Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. LEGİON.AZ APA-ya istinadla bildirir ki, hadisə Müşfiqabad qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.