İnternet sürətinin yeni rekordu qeydə alındı
Monash Universiteti, Swinburne Texnologiya Universiteti və Royal Melburn Texnologiya Universitetinin (RMIT) tədqiqatçıları mühüm bir uğur əldə ediblər. Tədqiqatçılar internet sürətində yeni bir rekordun qeydə alındığını bildiriblər. Milli.Az ted.az-a istinadən bildirir ki, sözügedən təhsil müəssisələrinin alimlərinə istinadən xəbər verir ki, internetin sürəti saniyədə 44,2 terabitə çatıb. Bu sürətlə bir saniyədə 100 GB həcmində 50-dən çox Ultra HD Blu-ray diskdən fayl yükləmək mümkündür. Yeni internet rekordu qeydə alınarkən, 75 kilometrdən uzun olan standart fiber optik kabeldən istifadə edilib. İnternet sürətini yoxlamaq üçün RMIT və Monash Universitetlərinin şəhərcikləri arasında test bağlantısı qurulub. Tədqiqatçıların sözlərinə görə, bu sxem Avstraliyanın Milli Genişzolaqlı şəbəkəsinin istifadə etdiyi infrastrukturdur. Rekord sürət, məlumat ötürülməsi üçün daha səmərəli və yığcam bir yol təqdim edən micro-comb adlı texnologiya sayəsində əldə edilib.