Putindən əmr: Parad keçirilsin
Rusiyada 26 iyulda parad keçiriləcək. LEGİON.AZ Cebhe.info-ya istinadla xəbər verir ki, bununla bağlı Prezident Vladimir Putin Müdafiə naziri Sergey Şoyquya əmr verib. Putinin əmrini Şoyqu ilə videokonfrans formatındakı görüşündə çatdırıb.   "Hərbi-Dəniz Donanmasının bazasında parad keçirməyi əmr edirəm", - deyə Putin bildirib. Rusiyanın artıq koronavirusla bağlı piki arxada qoyduğunu deyən Putin bundan əvvəl 24 iyunda qələbə paradı keçirilməsiylə bağlı göstəriş vermişdi.