Daxili Qoşunların keçmiş alay komandirinin anası Mehriban Əliyevadan kömək istəyir
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

  Surəti: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Şəbinə xanım Əliyevaya  

Surəti: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına     Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 41, mənzil 155 ünvanında yaşayan Quliyeva Nurdanə Hüseyn qızı tərəfindən      

 MÜRACİƏT

Yazıb Sizə bildirirəm ki, oğlum Həsənov Toğrul Sübhəddin oğlu  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında alay komandiri kimi xidmət keçmişdir. Xidmət dövründə oğlumun yaşayış sahəsi olmadığına görə 2010-cu ildə “Röyal Bank” vasitəsilə ipoteka müqaviləsi əsasında Bakı şəhər, Xətai rayonu, Neapol küçəsində yerləşən 41 saylı binanın 3 otaqdan ibarət 155-ci mənzilini almışdır. Qeyd edim ki, oğlum Həsənov Toğrul Sübhəddin oğlu mənzili alarkən ailəli olmuşdur . Onun iki uşağı  və himayəsində I qrup onkoloji xəstə anası var. Oğlum Həsənov Toğrul Sübhəddin oğlu Azərbaycan Respublikasının Daxili Qoşunlarının xüsusi təyinatlarında xidmət etdiyi zaman çoxsaylı bədən xəsarətləri alıb.
Onun baş-beyin nahiyəsində problemlər yarandığı üçün 19.06.2013-cü il tarixli 26 nömrəli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi-həkim komissiyasının rəyi əsasında hərbi xidmətə yararsız sayılmışdır. Onu da bildirim ki, oğlum ipoteka vasitəsilə “Röyal Bank “ASC-dən kredit götürərkən “AZ Sığorta" vasitəsilə həyat sığortası olunmuş ,ipoteka vasitəsilə götürdüyü Bakı şəhəri , Xətai rayonu, Neapol küçəsində yerləşən 41 saylı binanın 3 otaqdan ibarət 155-ci mənzil isə “PAŞA Sığorta “ vasitəsilə sığorta olunmuşdur. Sığorta haqlarını hər il ödəmişdir. 2014-cü ildən oğlum xidmətdən həkim komissiyasının rəyi ilə  tərxis olnduğu üçün ipoteka krediti və sığorta haqları ödənilməmişdir.

 Sığorta müqavilələrinə əsasən sığortalı şəxs -oğlum Həsənov Toğrul Sübhəddin oğlu olduğundan “AZ Sığorta və “PAŞA Sığorta “ şirkətləri sığorta öhdəliklərini yerinə yetirməlidirlər.  “Röyal Banka” olan borc “Az sığorta " tərəfindən ödənilməli ,“PAŞA Sığorta”  həyat sığortasına əsasən “Röyal Bank”ın öhdəliklərinə cavab verməlidir. Bizim çoxsaylı müraciətlərimizə baxmayaraq sığorta şirkətləri heç bir öhdəlikləri icra etməmiş  və hazırda “Röyal Bank “ tərəfindən təzyiqlərə məruz qalırıq , bankdan bizə,mənzilin qalan pulunu ödəməcəyimiz təqdirdə mənzildən çıxarılacağımızı bildirirlər.   Oğlum Həsənov Toğrul Sübhəddin oğlu Daxili Qoşunlarda xidməti dövründə kəllə-beyin zədəsi almış, bunun nəticəsində ona II qrup əlillik  dərəcəsi verilmişdir,o iş qabiliyyətini itirmişdir. Hazırda dövlətdən heç bir pensiya almırıq , maddi vəziyyətimiz  ağır olduğundan  banka olan kredit borcunu da ödəyə bilmirik. Yuxarıda yazılanları nəzərə alaraq  ,4 nəfər ailə üzvünün yeganə yaşayış yeri olan -Bakı şəhəri , Xətai rayonu, Neapol küçəsi ,ev 41, mənzil 155 ünvanındakı mənzilə  görə “Röyal Bank “ ASC-ə olan  ipoteka borcunun “AZ sığorta və PAŞA Sığorta “ tərəfindən ödənilməsinə köməklik etməyinizi Sizdən xahiş edirəm.  


Hörmətlə,Quliyeva Nurdanə Hüseyn qızı