ABŞ uyğur türkləri ilə bağlı QƏRAR VERDİ – Çinə sanksiyalar tətbiq olunacaq
Çin ABŞ Konqresinin Nümayəndələr Palatası Çinin Sincan Uyğur Muxtar Rayonu və digər ərazilərdə uyğurları, digər milli və dini azlıqları sıxışdırmaqda ittiham edən qanun qəbul edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qanun Çinin yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə imkan verəcək.   “Bu gün biz elan edirik ki, uyğurların tərəfindəyik və istismar olunan hər bir kəыin yanındatıq”-deyə konqresmen Bred Şerman açıqlama verib. ABŞ Çinin 1 milyondan artıq uyğur türkünü islah-əmək düşərgələrində saxladığını açıqlayıb. Sayları 10 milyondan çox olan müsəlman uyğurlar Çində terrorizmlə əlaqəli olduqları ittihamı ilə repressiyalara məruz qalır.