Hindistanda 80 il heç nə yeməyən yoq ölüb
Hindistanın Qucarat ştatında 80 ilə yaxın yemək yeməyən və su içməyən yoq 90 yaşında vəfat edib. Trend-in məlumatına görə, Praxlad Cani adlı yoq 8-9 yaşlarından qida və içkidən imtina edib. O, “həyat iksiri” tapdığını iddia edirdi. 2003 və 2010-cu illərdə həkimlər yoqun kompleks müayinəsini keçirib. İkinci müayinədən sonra o, iki həftə mütəxəssislərin nəzarətində qalıb.