Dünyanın ən yaşlı kişisi vəfat etdi
Böyük Britaniyada dünyanın ən yaşlı kişi sakini vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “Yorkshire Post” xəbər verib. Britaniyanın Qempşir qraflığının Alton şəhərində qocalar evində yaşayan Bob Ueytonun 112 yaşı olub. Onun ölümünə səbəb kimi onkoloji xəstəlik göstərilir. Uzunömürlü 1908-ci ilin martın 29-da Kinqston-apon-Hall şəhərində anadan olub. Keçmişdə mühəndis və müəllim işləyib. Onun iki oğlu, bir qızı, on nəvəsi və iyirmi beş nəticəsi var. Ueytonun ölümündən sonra dünyanın ən yaşlı kişisi tituluna namizədlər arasında Rumıniyadan olan 110 yaşlı (08.11.1908) Dumitru Komanesku və 111 yaşlı (08.02.1909) ispan Saturnino de la Fuente var.