Azərbaycanda koronavirusa yoluxanların 5 faizi uşaqlardır
"Mayın 18-dən sonra testlərin sayında 4 faiz artım olub". "Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. O bildirib ki, 0-9 yaş arası yoluxma 5 faiz olub: "Qadınların yoluxma faizi 54, kişilərdə isə 46 faiz təşkil edib". R.Bayramlı vurğulayıb ki, vəfat edənlərin 20 nəfəri 60-69 yaş arası, 17 nəfəri 70-79 yaş arası, 5 nəfəri isə 80 yaşdan yuxarı olub.