Sumqayıtda iki yük maşını toqquşdu — Sürücülər öldü
Sumqayıt şəhərində hər iki sürücünün ölümü ilə nəticələnən yol qəzası baş verib.
Demokrat.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, mayın 30-u gecə saatlarında Sumqayıt şəhərində “DAF” və “КамАЗ” markalı iki yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “КамАЗ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü Aslanov Asəf Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.