Daha bir qadağa iyulun 6-dək uzadıldı — QƏRAR
Dünyanın ən çox ziyarət edilən Luvr muzeyinin iyulun 6-da açılışı planlaşdırılıb.
LEGİON.AZ-ın xəbərinə görə, bu barədə Fransanın Baş naziri Edouar Filipp açıqlamasında bildirib. 
O qeyd edib ki, mayın 2-dən etibarən muzeylərin, sonrakı mərhələdə - həftə sonu bağçalar və parkların açılması planlaşdırılıb: “Luvr Muzeyi, Tyuilri, Karuzel bağçaları və Ejena Delakrua Milli Muzeyi açılışa hazırlaşır”.
Qeyd edək ki, Luvr muzeyi pandemiya səbəbindən martın 13-də bağlanmışdı.(pravda.az)