General: Rusiya asanlıqla Belarusu ələ keçirib Lukaşenkonu devirə bilər
Rusiya hakimiyyəti Belarusu "asanlıqla" ələ keçirə və "Lukaşenkonu aşıra bilər".
Qaynarinfo xəbər verir ki, bunu Ukraynanın ehtiyatda olan general-leytenantı İqor Romanenko deyib.
"Belarusskiy Partisan” "Faktı” nəşrinə istinadən yazıb ki, Romanenko Rusiya qoşunlarının Belarusiyaya hücumu halında Kiyevin uzun müddət davam edən hərbi əməliyyatlar zamanı Minskə kifayət qədər yardım etməyə gücü çatmayacağını düşünür.
General bunu da iddia edib ki, yazda Moskvanın Ukraynaya qarşı "yeni bir hərbi təcavüz" planlaşdırıbmış, ancaq koronavirus epidemiyası onun planlarına mane olub.