Keçmiş icra başçısı və onun adamları tərəfindən pulu mənimsənilən məhkum prezidentə müraciət edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Penitensiar xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Həsənov Azad Samid oğlu tərəfindən

Müraciət
   

Cənab Prezident!

Yazaraq  diqqətinizə çatdırmaq istəyirəm ki, mən neçə illər ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. 2013-cü ildə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və ona yaxın olan cinayətkar dəstə üzvlərinin hiyləgər toruna düşmüşəm. Belə ki, dələduzluq yolu ilə V.Hacıyev, dəstə üzvləri -V.Hacıyevin köməkçisi Vüqar adlı şəxs, İmişli şəhəri L.Vəliyev küçəsi ,ev 26-da yaşayan Qafarov Hikmət Qafar oğlu və Qafarov Fərid Hikmət oğlu tərəfindən mənim 57 min 170 ABŞ dollar və 8 min manat pulum mənimsənilib. Mən bu şəxslərin qanunsuz hərəkətlərindən məhkəməyə müraciət etsəm də, V.Hacıyev hakimlərə təziq göstərərək məhkəmə qərarlarını öz xeyirinə çıxarılmasına nail olmuşdur.

  Cənab Prezident!

  Son vaxtlar Sizin göstərişinizlə Dövlət Təhlükəsizliyi Xidməti ölkənin bir neçə rayonlarında əməliyyat tədbirləri keçirərək Rayon icra hakimiyyəti başçılarının neçə illər ərzində törətdikləri bir çox cinayətlərin üstünü  açmışdır. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, mənə qarşı törədilən cinayətin də istintaq orqanları tərəfindən araşdırılmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm.

  Hörmətlə,Həsənov Azad Samid oğlu    

11.05.2020