Rasim Əkbərovun oyuncağı “Bandotdelin” oyuncağı olub?
Məmmədəli Nəbizadə məmur Rauf Tağıyevin qudası və deputat Mahir Aslanovun yeznəsidir...

“İşverənlə” oyuncağın sonuncu iş yerləri  “Bandotdel”olub?

Məhşur fransız filmi “Oyuncaq” 20-ci əsrin sonlarının ən maraqlı və komediya  kinofilmlərindən biri olub. Filmdə  dünya şöhrətli  fransız aktyoru Pyer Rişar zəngin bir şəxsin oğlunun oyuncağına çevrilir.  90-cı illərin əvvəlində, Azərbaycan müstəqilliyini əldə edən vaxtlarda “Oyuncaq” filmi ölkəmizdə də tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Adıçəkilən filmə baxmayanlar üçün xatırladaq ki, həmin filmin əsas qəhrəmanı- işsiz jurnalist  Fransua Peren bir neçə ay sürən gərgin iş axtarışlarından sonra  sanballı qəzetdə işə düzəlir. Perenin ilk ciddi tapşırığı oyuncaq mağazası haqqında məqalə yazmaq olur. Mağazada Perren həmin qəzetin sahibinin oğlu ilə rastlaşır. Bir dəstə adam uşağı oyuncaq mağazasından istədiyi oyuncağı seçmək üçün gətirir. Lakin ərköyün Erik gözlənilmədən Perreni oyuncaq kimi almağı tələb edir. Perren təbii ki, buna qəti etiraz edir. Amma mağazanın direktoru və qəzetin direktoru onu milyonçunun evində bir müddət oyuncaq rolunu oynamağa razı salırlar.Sonra film daha maraqlı süjetlə davam edir...

Bu filmin tamaşaçıların arasında bizlər də var idik. Keçən yazımızda Müdafiə nazirliyinin sabiq briqada komandiri Rasim Əkbərov və onun “işverəni”  Toğrul Tağıyev barəsində məlumat vermişdik. Yazı oxucularda böyük maraq doğurdu və həmin  oxucuların arasında 12 il azadlıqdan məhrum olunan jurnalist Mahmud Rasimoğlu da var. Əvvəlki yazılarda M.Rasimoğlunun yüksək rütbəli məmurların törətdiyi bir çox cinayətlərlə bağlı jurnalist araşdırması apardığı üçün onların sifarişi ilə DİN-in “Bandotdel” adlanan idarəsinin əməkdaşları tərəfindən necə şərlənərək həbs olunduğu barədə məlumat vermişdik.  Ancaq bu dəfə M. Rasimoğlu öz yaxınlarının vasitəsi ilə bizə müraciət edərək, bizim araşdırdığımız mövzu ilə bağlı çox maraqlı məlumatları  təqdim edib. Belə ki, keçən yazımızda T.Tağıyevin R.Əkbərova iş verməyindən söz açmışdıq. Lakin M.Rasimoğlunun məlumatına görə T.Tağıyevdən savayı briqadada R.Əkbərovun Nəbizadə Məmmədəli Oruc oğlu adında “oyuncağı” da olub. Belə ki, briqada komandiri R.Əkbərov atası Ağa  Əkbərovun ən istəkli oğlu olduğu üçün Ağa kişi “oyuncaq” kinofilmindəki kimi oğlu R.Əkbərova M.Nəbizadəni oyuncaq kimi “alır”.

M.Nəbizadə ilə T.Tağıyev vaxtılə briqadada tanış olublar və  bu tanışlıq o vaxtdan onların arasında iş birliyinə çevrilib. Sonda R.Əkbərov həbs olunan kimi oyuncaq da “işverən” kimi Rusiyaya qaçaraq Saratov şəhərində məskunlaşır. Keçən yazımızda qeyd etdiyimiz kimi 2000-ci illərin əvvəlində T.Tağıyev ölkəyə qayıdaraq “işverən” fəaliyyətini davam edəndən sonra M.Nəbizadə də ölkəyə qayıdır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin şöbə müdiri Rauf Tağıyevlə quda olur. R.Tağıyevin oğlu M.Nəbizadənin qızı ilə ailə qurur. Əldə etdiyimiz məlumata görə M.Nəbizadə əslən Naftalan rayonundandır və Milli Məclisin keçmiş deputatı Mahir Aslanovun yeznəsidir.

Jurnalist M.Rasimoğlu bildirir ki, 03.07.2018-ci il tarixində “Bandotdelin” şöbə rəisi Məmmədov Müzəffər Qəzənfər oğlu tərəfindən şərlənərək həbs olunanda onun üzünə duranlar T.Tağıyevlə M.Nəbizadə olublar. Bir sözlə, R.Əkbərovdan Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcova “işverən” T.Tağıyev və bandotdelə oyuncaq M.Nəbizadə miras qalıblar. Oxucuda sual doğura bilər kİ, niyə bu yazının fotosu Pyer Rişarın şəkli ilə verilib?
 
M.Rasimoğlu dediyinə görə, Pyer Rişarla M.Nəbizadə xarici görünüşlə çox oxşardırlar. Görünür bu oxşarlığı vaxtı ilə Ağakişidə görərək, M.Nəbizadəni oğlu R.Əkbərova oyuncaq kimi “alıb”. Ancaq mərhum Ağakişi nə biləydi ki, vaxt gələcək oğlu R.Əkbərovdan T.Tağıyevlə M.Nəbizadə K.Qılıcova,”bandotdelə” miras qalacaqlar. Bəlkə əvvəlcədən bilsəydi, R.Əkbərov da jurnalist M.Rasimoğlu kimi həbs olunmazdı. Mövzunu diqqətdə saxlayacayıq.


Murad İbrahimli