DYP-nin "Ekologiya postu" sökülür
Bakı-Sumqayıt yolu üzərində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin "Ekologiya postu"nun söküntüsünə başlanılıb.
LEGİON.AZ  xəbər verir ki, bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev təsdiqləyib. 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə APA-ya açıqlamasında deyib ki, artıq həmin ərazidən bir az geridə post üçün yeni bina inşa edilib.