Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb
Türkiyə Azərbaycan vətəndaşları üçün bu ölkədə vizasız qalmaq müddətini 90 günədək uzadıb. “Report” xəbər verir ki, bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. Qərara əsasən, 2020-ci ilin fevralın 25-də Bakıda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" saziş təsdiqlənib. Qərar iyunun 3-də Türkiyənin “Rəsmi qəzeti”ndə dərc edilib. Qeyd edək ki, əvvəllər Azərbaycan vətəndaşları Türkiyədə 30 gün vizasız qala bilirdilər.