Kamran Əliyev kürəkənini niyə işdən çıxardı?
Baş Prokuror Kamran Əliyev kürəkənini işdən çıxarıb.  “Qafqazinfo” xəbər verir ki, K.Əliyevin əmri ilə Səbail rayon prokurorunun müavini Orxan Nuriyev vəzifəsindən azad olunub.  Qeyd edək ki, O.Nuriyevin bu vəzifədə, ümumiyyətlə prokurorluq orqanlarında işləməsini qanunvericilik qadağan edir. “Korrupsiyaya qarşı mübarizə” haqqında qanun 7-ci maddəsi yaxın qohumların birgə işləməsinə yol verilməyən halları müəyyən edir. Bu maddədə qeyd olunur ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.  Xatırladaq ki, bu barədə ilk məlumatı bakupost.az saytı yayıb. Bildirilir ki, Orxan Nuriyev başqa dövlət qurumunda vəzifəyə təyin olunub.