Lukaşenko yeni Baş Nazir təyin etdi
Belarus Prezidenti Aleksandr Lukaşenkonun sərəncamı ilə Roman Qolovçenko ölkənin yeni Baş Naziri təyin edilib.   Modern.az xəbər verir ki, bu barədə Belarus KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, ötən gün Sergey Rumasın başçılıq etdiyi hökumət istefa verib. Lukaşenko yeni hökumətin formalaşdırılmasını avqustun 9-da keçiriləcək prezident seçkilərinə hazırlıqla izah edib.

Qolovçenko 1973-cü ildə anadan olub. 1996-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu beynəlxalq münasibətlər ixtisası üzrə, 2003-cü ildə Prezident yanında İdarəçilik Akademiyasını bitirib.

Kariyerasına Təhlükəsizlik Şurasında başlayıb. Prezident Administrasiyasında, Dövlət Hərbi Sənaye Komitəsində çalışıb. 2013-2018-ci illərdə Belarusun BƏƏ-dəki səfiri olub.