Dənizdə batan daha 3 nəfər xilas edilib
FHN məlumat yayıb. FHN dənizdə batma təhlükəsi ilə üzləşən 3 nəfəri xilas edib.  Oxu.Az FHN-ə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda 2 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Digər hadisə isə Bakı şəhəri, Binəqədi rayonunda baş verib. Rayon ərazisində 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Legion.az