Azərbaycanda COVID-19-a yoluxanların sayı 7 mini ötdü
Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların və infeksiyadan sağalanların sayı açıqlanıb. "Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Hazırkı dövrədək ölkədə 7 239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 024 nəfər müalicə olunaraq sağalıb, 84 nəfər vəfat edib, 3 131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.