İki günə cərimələnənlərin sayı açıqlandı
6 iyun saat 00:00-dan 8 iyun 06:00-dək koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə cərimə olunanların sayı açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 2524 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.məsuliyyətə cəlb edilib